Baza tədris məktəblərində təcrübəçi tələbələrin sınaq dərslərinə başlanılıb

Gəncə Dövlət Universitetinin baza tədris müəssisəsi olan Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə təcrübəçi tələbələrin sınaq dərsləri təşkil olunub.

İlk dərsi Qiyabi şöbənin Riyaziyyat müəllimliyi ixtisasının 5-ci kurs tələbəsi Zahidə Əsgərli məktəbin 9-cu sinifində keçib. Sınaq dərsində Zahidə Əsgərli şagirdlərə “Ədədin kub kökü” mövzusunu tədris edib.Dərsdə Təcrübə və karyera şöbəsinin əməkdaşları, 39 nömrəli məktəbin təcrübə rəhbəri, fənn müəllimləri və məktəbdə təcrübədə olan Riyaziyyat müəllimliyi ixtisasının tələbələri iştirak ediblər. Təcrübəçi tələbə dərsini müasir tələblər səviyyəsində təşkil edib, tədris etdiyi mövzuya aid geniş əyani vəsaitlərdən istifadə edib və şagirdlərə ətraflı məlumat çatdırıb. Dərsdən sonra təcrübəçi tələbənin dərsi müzakirə olunub, ona buraxdığı nöqsanlar və çatışmazlıqlar izah olunub.

İkinci sınaq dərsini isə Qiyabi şöbənin Bədən tərbiyəsi və idman müəllimliyi ixtisasının 5-ci kurs tələbəsi Mustafa Abbaslı məktəbin 5-ci sinfində keçib. Sınaq dərsində Mustafa Abbaslı şagirdlərə “Texniki taktiki fəaliyyətin mənimsənməsi” mövzusunu izah edib. Təcrübəçi tələbənin dərsi orta məktəblilər tərəfindən yaxşı mənimsənilib və sinfin şagirdlərinə müsbət təsir göstərib.

Qeyd edilib ki, Təcrübəçi tələbə Mustafa Abbaslı həm də Azərbaycanda və digər ölkələrdə kikboksinq üzrə müxtəlif növ idman yarışlarında iştirak edib, universitetimizin və respublikamızın idman sahəsində adını yüksəklərə qaldırıb.