BEYNƏLXALQ TƏLƏBƏ GÜNÜ QEYD EDİLDİ

16 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin təşəbbüsü, Tələbə Gənclər Təşkilatının dəstəyi ilə 17 noyabr Beynəlxalq Tələbə Günü münasibətilə II tədris korpusunun iclas zalında konsert təşkil olunmuşdur.

Konsert proqramına başlamazdan əvvəl Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev tələbələri Beynəlxalq Tələbə Günü münasibətilə təbrik edərək, onlara təhsildə uğurlar arzuladı.

Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Danulduz Həsənovanın  ifa etdiyi mahnı ilə konsert proqramı başladı. Həmin fakültəsinin III kurs tələbəsi Əliyeva Səkinənin, Vasif Paşayevin, Filologiya fakültəsinin III kurs tələbəsi Çinarə Ələkbərovanın ifa etdiyi Azərbaycan mahnıları, Pedaqoji fakültənin I kurs tələbələri Məhəmmədəli Məmmədovun və Murad Qənbərlinin qarmon və nağarada, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Seyidli Qurbanın gitarda ifaları, GülşənZakirlinin “Vətən” şeiri, Zümrüd Bəşirovanın Tələbə Gününə həsr olunmuş repi, Xatirə Hüseynova ilə Talıblı Mirabbasın, eləcə də  Tarix-coğrafiya fakültəsinin II kurs tələbəsi Elgün Əhmədovla Hikmət Qarayevin birgə rəqsləri,  Pedaqoji fakültənin tələbələrindən Xatirə Hüseynova və Zümrüd Bəşirovanın səhnələşdirdiyi tamaşa alqışlarla qarşılandı.