Biologiya kimya fakültəsinin tələbələri Gəncə şəhərinin 4 ümumtəhsil məktəbində pedaqoji təcrübə keçəcəklər

Universitetin Biologiya – kimya  fakültəsinin Biologiya müəllimliyi və Kimya müəllimliyi ixtisasının tələbələri fevralın 16-dan mayın 24-dək iştirak edəcəkləri pedaqoji təcrübə ilə bağlı təlimatlandırılıblar.

Tədbirdə iştirak edən tələbələrə universitetin Təcrübə və karyera şöbəsinin əməkdaşları, fakültə dekanı, kafedra müdirləri və təcrübə rəhbərləri tərəfindən pedaqoji təcrübə ilə bağlı metodiki işlər izah edilib, ali təhsil müəssisəsi ilə istehsal və xidmət müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən gənclərin təcrübədə olacağı yerlərin fəaliyyəti baradə ətraflı məlumat verilib.

Bildirilib ki, fakültənin tələbələri Gəncə şəhərinin 4, 6, 25 və 27 saylı orta ümumtəhsil məktəblərində ixtisas kafedralarından olan rəhbər müəllimlərin proqramlarına uyğun olaraq təcrübə keçəcəklər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.