“BİR” TƏLƏBƏ-KÖNÜLLÜLƏRİNİN AKSİYASI

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən irəli gələn vəzifələr ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Ölkə Prezidenti Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyətini isə yüksək qiymətləndirmiş və demişdir ki, “könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər… Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir”.

“BİR” Tələbə-Könüllü Proqramı bu ənənənin davamı olaraq ətrafında daha çox gəncləri birləşdirir. Gəncə Dövlət Universitetinin tələbə könüllüləri də bu proqramda yaxından iştirak edir, hər sahədə öz töhfələrini verməyə çalişirlar. 30 aprel 2016-cı il tarixdə “Bir” tələbə praqramının könullüləri universitetin Əsas binasının  həyətində ağac əkmə aksiyası keçirtmislər. Onlar abadlıq işləri aparmış, xeyli sayda şam ağacları əkmiş, həyətin görkəmini dəyişib gözəlləşdirmişlər.