BİZ QARDAŞ XALQLA DAİM BİR YERDƏYİK!

Turkiye BSO

İyunun 28-də İstanbulun Atatürk Hava Limanında terror hadisəsi baş verib. İŞİD terror qruplaşması  tərəfindən törədilən üç partlayış nəticəsində 43 nəfər ölüb, 239 nəfər yaralanıb. Dağıstan, Qırğız və Özbəkistan vətəndaşı olan terrorçuların törətdikləri bu faciə yenidən qardaş Türkiyədə qan axıdılmasına səbəb oldu.

Gəncə Dövlət Universitetinin rəhbərliyi başda olmaqla bütün kollektiv bu faciəni öz faciəsi kimi yaşayır, sevincli günlərində olduğu kimi ağrılı günlərində də qardaş Türkiyə ilə bir olduqlarını daim nümayiş etdirir.

Kollektiv qardaş xalqa dərin hüznlə baş sağlığı verir, dərdinə şərik olduğunu bildirir, ölənlərə rəhmət, yaralılara da Tanrıdan şəfa diləyir.