BÖLMƏ İCLASI KEÇİRİLMİŞDİR

AMEA-nın Gəncə Regional Elm Mərkəzində “Gəncə Avropa Gənclər paytaxtıdır-2016” layihəsinə əsasən “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alimlərin konfransı keçirilmişdir.

Konfrans təbiət elmləri üzrə bölmə iclasını Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsində davam etdirmişdir. Dəvət olunanlarla bərabər Universitetin kimya, biologiya və ekologiya sahəsinin mütəxəssisləri elmi məzmunlu çıxışlar etmiş, müasir dövrün tələbi ilə səsləşən məsələlər barədə öz fikirlərini bildirmişlər.

Konfransda dinlənilən  elmi məsələlərin mahiyyət və məzmunu, əldə olan nəticələrin nümayiş etdirilməsi, aparılan dialoqlar iştirakçılarda xoş təəssürat yaratmışdır.