“Britaniya və Amerika jurnallarında nəşr olunma” adlı tədqiqat seminarı keçirilmişdir

2021-ci il martın 16-da Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş virtual tədqiqat seminarı keçirilmişdir. Seminarda London Middlesex Universitetinin (Middlesex University London) fəxri professoru və həmçinin Azərbaycan Universitetinin professoru olan Paul Gibbs`in “Britaniya və Amerika jurnallarında nəşr olunma”mövzusunda təqdimatı dinlənilmişdir. Dünyada təhsil sahəsində çox tanınmış tədqiqatçı olan professor Gibbs yüksək impakt faktorlu akademik jurnallara məqalələrin hazırlanması, onlara nəşriyyatlar tərəfindən rəylərin verilməsi haqqında danışmışdır. Həmçinin. hazırlanan məqalələrin Britaniya və Amerika jurnallarında necə nəşrə göndərilməsi haqqında ətraflı məlumat vermişdir.

Seminara Azərbaycandan və xarici ölkələrin müxtəlif universitetlərindən çoxlu iştirakçılar qatılmışdır. Gəncə Dövlət Universitetini İnnovasiyalar departamentinin əməkdaşları təmsil ediblər. Tədbir sual-cavab sessiyası ilə yekunlaşmışdır.