Bu tədris ilində Elmi Şuranın son iclası keçirilib

Gəncə Dövlət Universitetində (GDU) ElmiŞuranın 2018-2019-cu tədris ilinin son iclasıkeçirilib.

Əvvəlcə şura üzvləri gündəlik məsələlər barədə məlumatlandırılıb.

Sonra 2018-2019-cu tədrisilinin Yaz (yay) imtahan sessiyasının yekunları və qarşıda duran məsələlər haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Fəxrəddin Məmmədovun, İqtisadiyyat və idarəetmə fakültəsində mövcud olan iki kafedranın bazasında yeni bir kafedranın – “Menecment və turizm işi” kafedrasının yaradılması haqqında Elmi katib Teymur İsmayılovun hesabatı dinlənilib.

Elmi Şurada Azərbaycan dili kafedrasında boş olan professor yerinə seçki üzrə filologiya elmləri doktoru, professor Mübariz Yusifovun Elmi Katib tərəfindən vəsatəti qaldırılıb və qəbul edilib.

Elmi Şura işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.