DƏRSLƏR UĞURLU KEÇİR

 

Bu günlərdə Gəncə  Dövlət Universitetinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəllimi Türkan Həsənovanın 44 saylı ingilis dili təmayüllü məktəb-lisey kompleksinin 64 sinfində  “Yeni il “Evdə tək” filmində” adlı mövzuda açıq dərsi, Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasının  IV kurs tələbəsi Nuray Əsgərovanın Nigar Rəfibəyli adına 43 saylı  tam orta məktəbin 83 sinfində “Təbiətdə tarazlığı qoruyaq”,  Biologiya-kimya fakültəsinin Kimya-biologiya  müəllimliyi ixtisasının 41 qrupunun  tələbələri Ellada Rzazadə və Səbinə Əliyevanın C.Cabbarlı adına 6 saylı orta məktəbin 73 sinifində kimya fənnindən “Maddə miqdarı, molyar kütlə”, “Halogenlər, VII qrupelementləri.Xlor” mövzularında sınaq dərsi keçirilmişdir.

Açıq və sınaq dərslərində  Gəncə Dövlət Universitetinin  Təcrübə və karyera şöbəsinin mudiri dosent M.Məmmədov, pedaqoji təcrübənin rəhbəri dosent C. Qarayev, əməkdaşlardan  L.Süleymanova və L.Əsgərova,  Qrammatika və ingilis dilinin tədrisi kafedrasının  müdiri dosent M.Rəhimov, baş müəllim E.Mustafayeva,  məllim K.Əliyeva, kimya kafedrasının əməkdaşı k.f.d. M. Rzayeva, 44 saylı məktəb-liseyin dərs hissə müdiri  R.Ramazanova, müəllimlərdən X.Abbasova, M.Sadıqova, E.Həsənova, G.Cəfərova, 64 sinifin rəhbəri  S.Həsənova, C.Cabbarlı adına 6 saylı orta məktəbin kimya müəllimi S. Məmmədova, təcrübə rəhbəri L. Namazova, Zilxumar İsgəndərova, Rəna Hüseynova iştirak etmişlər.

Açıq və sınaq dərslərinin yüksək səviyyədə təqdim olunması Gəncə Dövlət Universitetinin orta təhsil məktəbləri ilə əlaqəsinin daha da möhkəmlənməsindən xəbər vermişdir.