DAAD GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ

Bildiyimiz kimi Alman Akademik Mübadilə Xidməti (DAAD) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər, Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir.

Təqaüdü tələbələrimizə bir daha qazandırmaq və  elektron sənədləşmə işlərində yaranmış problemləri aradan qaldırmaq məqsədi ilə DAAD rəhbəri Ştefani Dufauks, akademik müşaviri Rəna Hüseynova ilə birgə 16-17 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində olmuş və təlimlər keçirmişlər.

Bu təlimə Alman dili müəllimliyi ixtisasının tələbələri ilə yanaşı, universitetin  alman dili fənni keçirilən digər fakültələrin tələbəri də fəal şəkildə qatılmışdır. Təlimdə  Alman dili kafedrasının  müdiri baş müəllim Elvin Atakişiyev, baş müəllim Vüsalə Kərimova və digər müəllimlər də iştirak etmişdir.