DAMA YARIŞI YEKUNLAŞDI

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə ayrı-ayrı  fakültələri təmsil edən  tələbələrin iştirak etdiyi dama oyunu üzrə keçirilən müsabiqə başa çatmışdır. 3 turda davam edən yarışlar  universitetin əsas binasında final görüşü ilə nəticələndi.

I yerə Tarix-coğrafiya fakültəsinin tələbəsi Samir Həsənov, II yerə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Nurlan Musayev və III yerə Pedaqoji fakültənin tələbəsi Əhməd Əhmədov sahib oldu.

Yarışın qalibləri universitet rəhbərliyi tərəfindən fəxri fərman və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.