Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransı

Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransı 2019-cu il 3-4 dekabr tarixlərində Azərbaycan İnşaat və Memarlıq Universitetində keçirilsin, konfrans böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illikyubileyinə həsr edilsin.

2.Konfransın Təşkilat komitəsinin tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə 1və 2).

3. Ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2019-cu il 10 oktyabr tarixinədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan İnşaat və Memarlıq Universitetinin rektoru (G.Məmmədova) konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın, konfransın proqram və materiallarının nəşr edilməsini təmin etsin.

5. Elm, ali və orta ixtisas təhsil şöbəsi (Y.Piriyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.

6.Maliyyə şöbəsi (R.Orucov) təqdim olunan təsdiqedici sənədlər əsasında konfransın keçirilməsi ilə bağlı xərclərin ödənilməsini təmin etsin.

7.İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, çoxaldılıb ali təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə edilsin.

Əsas: Aparat rəhbərinin müavini Yaqub Piriyevin təqdimatı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

5 iyul 2019-cu il

F-418