DOKTORANTLARLA NÖVBƏTİ GÖRÜŞ

06 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadənin doktorant və dissertantlarla görüşü oldu. Görüş zamanı doktorantların elmi-tədqiqat işlərinin mövcud vəziyyəti, nəşr məsələsi müzakirə edilmişdir. Prorektor dosent Pərvin Kərimzadə doktorantların ehtiyacları ilə maraqlanmış, onların suallarını cavablandırmışdır.

Görüşdə o da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 2016-cı ilin may ayının 24-25 tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransını keçiririr. Universitetin doktorantlarına həmin elmi konfransda məruzələri ilə iştirak etmələri tövsiyyə olundu.