Elmi Şurada Yaz imtahan sessiyası və Dövlət Attestasiyasına hazırlıq müzakirə edilib

Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Əvvəlcə şura üzvləri  gündəlik məsələlər barədə məlumatlandırılıb.

Sonra 2018-2019-cu tədris ilinin yaz imtahan sessiyası və Dövlət Attestasiyasına hazırlığın gedişi, payız(qış) imtahan sessiyasında qalan akademik  borcların ödənilmə vəziyyəti haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun, Universitet əməkdaşlarının Gəncə şəhəri və ətraf rayonların məktəblərində apardığı təbliğat işlərinin gedişi haqqında İşçi qrupunun sədri Allahverdi Quliyevin, Riyaziyyat və informatika fakültəsinin dekanı Oruc Hüseynovun və Komissiyanın sədri Leksika və ölkəşünaslıq kafedrasının dosenti Allahverdi Həmidovun 5 illik fəaliyyətinə dair hesabatları dinlənilib.

Sonra  Nazəndə Hacıyevanın Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, Arifə Əhmədlinin isə Coğrafiya kafedrasının dosenti elmi adını almağa dair vəsatəti qaldırılıb və qəbul edilib.

Elmi Şura işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.