ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

29 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin növbəti Elmi Şurası keçirilmişdir. Gündəliyə uyğun olaraq ilk növbədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədovun “Yaz (yay) imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr ” haqqında məlumatı dinlənilib müzakirə edilmişdir.  Bundan sonra Xarici dillər fakültəsinin, Alman diili, Rus dili, Fransız dili, Azərbaycan tarixi kafedralarının beş illik fəaliyyəti ilə bağlı kafedra müdirlərinin hesabatı və komissiya sədrlərinin yoxlamaların nəticələri haqqında məruzələri dinlənilmişdir. Müzakirələrdən sonra lazımi qərarlar verilmiş, fakültə və kafedraların beş illik fəaliyyətləri bir səslə qənaətbəxş hesab edilmişdir.

İclasın sonunda Bədən tərbiyəsi və idman kafedrasının dosent əvəzi Nəbiyev Niyazi Hüseynalı oğlunun həmin kafedranın dosenti elmi adını alması üçün  gizli səsvermədə əksər üzvlərin səsini topladığından  Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması qərara alınmışdır.