ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI 

06 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin I tədris binasının iclas zalında Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasa başlamazdan əvvəl rektor professor Yusif  Yusibov Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Elnarə Hüseynovanı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə biologiya üzrə fəlsəfə doktoru elmi adı, idman klubunun sədri Xaqani Umudovu İdman və Gənclər Nazirliyinin “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” döş nişanı alması münasibətilə ilə təbrik edib, onlara can sağlığı və elmi-pedaqoji fəaliyyətlərində uğurlar qazanmalarını arzuladı.

Professor Yusif Yusibov idman yarışlarında  yüksək göstəriciyə malik olmuş iki tələbəyə, həmçinin Gəncə Dövət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədova  2016-cı ildəki uğurlu fəaliyyətinə görə “2 fevral- Gənclər günü” münasibəti ilə Gənclər və İdman naziri cənab Azad Rəhimovun imzası ilə fəxri diploma layiq görülməsi , İnformatika kafedrasının baş müəllimi Vasif Həsənova Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımovanın təqdimatı əsasında  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “İlin peşəkar gənci” fəxri adı uğrunda keçirilən müsabiqənin qalibi olması münasibəti ilə  kollektiv adından  təbrikini bildirdi.

Bundan sonra Elmi Şuranın gündəliyinə uyğun olaraq “Payız imtahan sessiyasının gedişi haqqında” Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədovun, “Universitetin baza məktəbləri ilə əməkdaşlığı haqqında”  Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Allahverdi Quliyevin, “Tədris ilinin birinci yarısında keçirilmiş pedaqoji və istehsalat təcrübələrinin yekunları haqqında”  Təcrübə və karyera şöbəsinin müdiri Mahir Məmmədovun məlumatı dinlənilib müzakirə edildi.

Gizli səsvermənin nəticələrinə uyğun olaraq Nizamişünas, Əməkdar elm xadimi, filologiya elmlər doktoru, professor Xəlil Yusiflinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasında boş olan professor vəzifəsinə seçilməsi, AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü kimya elmləri doktoru, professor Babanlı Məhəmməd Baba oğluna Gəncə Dövlət Universitetinin “Fəxri doktoru”  adının verilməsi, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əli-zadə Validə Mövsüm qızının AMEA-nın həqiqi üzvlüyünə, aqrar elmləri üzrə elmlər doktoru Seyidov Allahverdi Kamil oğlunun AMEA-nın müxbir üzvülüyünə, biologiya elmləri doktoru, professor,  AMEA-nın müxbir üzvü Qurbanov Elşad Məcnun oğlunun AMEA-nın həqiqi üzvlüyünə namizədliyinin dəstəklənməsi qərara alınmışdır.