ELMİ ŞURANININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

09 iyun 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasa başlamazdan əvvəl rektor professor Yusif Yusibov Azərbaycan dili kafedrasının əməkdaşı Məlikova Gülarə Aqaid qızını Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş dosent elmi adı münasibəti ilə  təbrik edib, ona can sağlığı, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulamışdır.

Elmi Şuranın gündəliyinə uyğun olaraq “Doktorantura və dissertanturada mövcud vəziyyət, elmi kadrların hazırlığının daha da yaxşılaşdırılması haqqında”, “2015/2016-cı tədris ilində humanitar məsələlər üzrə görülən işlərə dair hesabat”, “Universitetin tədris-köməkçi heyətinin attestasiyasının nəticələri haqqında” kimi məsələlər müzakirə edilib qiymətləndirilmişdir.

Ekologiya və təbiəti mühafizə kafedrasının dosent əvəzi Qasımova Fərqanə Nəriman qızının, İnformatika kafedrasının dosent əvəzi Kubışov İlqar Nadir oğlunun dosent elmi adı alması üçün  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Bağırova Sevinc Ramiz qızının Azərbaycan tarixi kafedrasında, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Musayev Etibar Adil oğlunun Ümumi tarix kafedrasında, siyasi elmlər üzrə fəlsəfə doktoru, baş müəllim Məmmədov Asim Şəfayət oğlunun Sosial fənnlər kafedrasında, baş müəllim Ağayev İlham Mansur oğlunun və baş müəllim Haqverdiyev İlqar Arif oğlunun  Bədən tərbiyəsi və idman kafedrasında boş olan dosent vəzifəsini tutmaları üçün gizli səsvermə keçirilmiş və uyğun qərarlar qəbul edilmişdir.