ELMİ ŞURAYA NÖVBƏTİ SEÇKİLƏR KEÇİRİLMİŞDİR.

Gəncə Dövlət Universitetində  Təhsil Nazirliyinin Əsasnaməsinə uyğun olaraq Elmi Şuraya növbəti fəaliyyət müddəti üçün qrafik üzrə Biologiya – kimya, Riyaziyyat – informatika,Fizika və texniki fənlər, Pedaqoji, Tarix – coğrafiya, Xarici dillər, İqtisadiyyat –idarəetmə, Filologiya fakültələrində  gizli səsvermə yolu ilə seçkilər keçirilmişdir. Bütün fakültələrdə namizədlər lazımi qədər səs toplaya bilmişlər. Yalnız Riyaziyyat – informatika fakültəsində göstərilən dörd nəfər namizəddən heç biri səslərin üçdə iki hissəsini toplaya bilmədiklərindən seçki baş tutmamışdır.