“EQAC” adlı layihənin təqdimatı keçirilib

26 sentyabr 2018-ci il tarixində Gəncə Dövlət Universitetində Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı keçirilib. Görüşdə əsasan universitetin dekan müavinləri və tyutorları iştirak edib. Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və layihənin kordinatoru Gülşən Bayramova görüş iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Təqdimat zamanı bildirilib ki,  EQAC layihəsinin əsas məqsədlərindən biri Azərbaycan universitetlərində keyfiyyətin davamlı olaraq yoxlanması və standartlara cavab verən keyfiyyətin təminatı sisteminin qurulmasından ibarətdir. İştirakçılara layihənin hazırkı vəziyyəti və qarşıda duran işlər barəsində də məlumat verilib. Sonda kordinator universitetin nümayəndələri Gəncə Dövlət Universitetində yaradılacaq keyfiyyətə təminat mərkəzi üçün nəzərdə tutulan kompüterləri təqdim edib. Qeyd edək ki, layihə 3 il müddətində davam edəcək.