FƏNN OLİMPİADASI BAŞLANDI


04 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının layihəsi əsasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Tələbələr arasında I fənn olimpiadası” başlayıb. Olimpiada 4 həftə davam edəcək və may ayının ilk ongünlüyündə yekunlaşacaq.
Olimpiadada tələbələr iqtisadiyyat, riyaziyyat, kimya, biologiya, tarix, fizika, psixologiya, ədəbiyyat və s. fənlərdən öz biliklərini yoxlayacaqlar.
Layihənin əsas məqsədi universitetimizdə təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, istedadlı tələbələrin aşkar edilməsi və respublikada olan istedad potensialının inkişafının stimullaşdırılmasıdır.
Tələbələrə 5 açıq tipli sual təqdim edilmişdir. Sualların cavablandırılmasına isə iki saat vaxt ayrılıb. Layihənin yekununda hər fənn üzrə ilk üç yerin sahibinə mükafat və fəxri fərman təqdim olunacaqdır.