FƏNN OLİMPİADASI DAVAM EDİR


11 aprel 2015-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş fakültələr üzrə tələbələr arasında I fənn olimpiadası keçirilmişdir. Bu dəfə olimpiada da Pedaqoji və Riyaziyyat-informatika fakültəsinin 50 nəfərədək tələbəsi iştirak etmişdir. Olimpiadanın suallarını  Pedaqoji fakültə üzrə Psixologiya kafedrasının baş müəllimi, fakültə tələbə elmi cəmiyyətinin sədri, psixologiya dərnəyinin rəhbəri Telli Cabbarova, Riyaziyyat-informatika fakültəsi üzr fakültənin dekan müavini, Riyazi analiz kafedrasının baş müəllimi Aynur Qasımova hazırlamışdır.
Olimpiadanın qalibləri may ayının ilk həftəsində müəyyənləşəcək və mükafatlandırılacaq.