FƏNNLƏR ÜZRƏ OLİMPİADA


17 aprel 2015-ci il tarixdə  Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının layihəsi əsasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr  edilmiş fakültələr üzrə fənn olimpiadasına başlanıldı. Olimpiadanın ilk günündə  Biologiya-kimya fakültəsinin Botanika, Üzvü və qeyri-üzvü kimya, Ekologiya və Zoologiya ixtisaslarında təhsil alan I və II kurs tələbələri iştirak etmişlər.
Fakültələrarası davam edəcək fənn olimpiadası aprel ayının 25-dək davam edəcəkdir.