FƏXRİ PROFESSORUN AÇIQ DƏRSİ


15 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin rektorluğu tərəfindən qəbul edilmiş layihəyə əsasən əsas binanın akt zalında Riyazi analiz kafedrasının Fəxri professoru, fizika-riyaziyyat elmləri namizədi Əliqulu Umud oğlu Quliyevin  açıq dərsi keçirildi. Açıq dərs artıq bir ənənə kimi yenə də şəhər ictimaiyyəti qarçısında nümayiş etdirildi. Tədbirdə Azərbaycan Texnologiya Universitetindən, Azərbaycan Dövlət Aqrar Unuversitetindən, orta məktəblərdən, kütləvi informasiya vasitələrindən, eləcə də Universitetin ayrı-ayrı fakültələrindən mütəxəssislər, əməkdaşlar, tələbələr böyük həvəslə iştirak etmək üçün gəlmişdilər.
Fəxri professor Əliqulu Quliyevin “Məntiq qanunları. Onların təhlili və tətbiqi” adlı mövzuya həsr edilmiş açıq dərsi məntiqliyi, elmiliyi, aydın izahatı ilə dinləyicilərin marağına səbəb oldu. Əsas məsələ odur ki, təkcə tələbələr deyil, gələn qonaqlar da açıq dərsdən nəsə öyrəndiklərini etiraf etdilər.