Fakültələr arası intellektual yarış keçirildi

Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı tələbələrin asudə vaxtlarının səmərəli təşkilini, tələbə gənclər arasında intellektual yarışların təşkilini daima diqqət mərkəzində saxlamışdır.Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 30.03.2017-ci il tarixində universitetinin ikinci tədris binasında fakültələr arası intellektual yarış keçirildi. 6 nəfərdən ibarət olan 8 komanda qalib gəlmək uğrunda mübarizə apardı. I  yeri Tarix-coğrafiya fakültəsini təmsil edən “İnfern”komandası, II yeri Fizika və texniki fənlər fakültəsini təmsil edən “Bavaria”komandası ilə İqtisadiyyat və idarəetmə fakültəsini təmsil edən “Difai”komandası,III yeri isə Biologiya-kimya fakültəsini təmsil edən “Smart” komandası tutdu.Tələbələr arası intellektual yarışların mütəmadi keçirilməsi planlaşdırılır.