FAKÜLTƏLƏRARASI BİLİK YARIŞI BAŞLANDI


03 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının qəbul etdiyi layihəyə əsasən fakültələrarası tələbələrin ümümi dünyagörüşlə bağlı bilik yarışına start verildi. İlk öncə müəyyən edilmiş günlər üzrə qruplaşdırılmış fakültələrin tələbələri arasında keçirilən yarışlarda I,II və III yerlər üzrə qaliblər müəyyənləşdiriləcək, yekunda isə yarış fakültələr üzrə qalib çıxmış tələbələr arasında keçiriləcək və mükafatlandırılacaqlar.
Artıq Tarix-coğrafiya, Filologiya və İqtisadiyyat və idarəetmə  fakültələrindən olan 70 tələbə arasında bilik yarışı yekunlaşdı. I yerə Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Bürhan Qaraşlı, II yerə həmin fakültənin III kurs tələbəsi Hikmət Novruzov, III yerə isə Filologiya fakültəsinin I kurs tələbəsi Günel Əsgərova sahib oldu.