Fakültələrarası intellektual yarışın qalib komandası müəyyənləşib

Universitetin Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil edilən fakültələrarası intellektual yarışın qalib komandası müəyyənləşib.

Müsabiqənin mövcud qaydalara uyğun formada keçirilməsi üçün əvvəlcədən ekspert qrupu yaradılıb.

İntellektual yarışda hər fakültə üzrə bir komanda iştirak edib. Hər bir komadanın tərkibi bakalavriat pilləsində təhsil alan altı tələbədən formalaşdırılıb.

Açıq mübarizə şəraitində keçən yarışın nəticələrinə görə Filologiya fakültəsinin eyniadlı komandası bütün rəqiblərini geridə qoyaraq intellektual oyunun qalibi olub.