Gələcəyin iqtisadçıları üçün seminar: həm fəal iştirak etdilər, həm də seçildilər

Gəncə Dövlət Universitetində “ Kapiatal bazarları vasitəsilə maliyyələşmə və listinq” mövzusunda maarifləndirici seminar keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Palatanın aparıcı analitiki Arif Cəlilov və Bakı Fond Birjasının mütəxəssisi Əli Orucov, həmçinin  iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri iştirak ediblər.

Tədbiri açan universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva bu cür mövzularda təşkil olunan müxtəlif seminar və təlimlərin İqtisadiyyat və idrəetmə fakültəsində təhsil alan tələbələrin müvafiq ixtisas biliklərinin artırılması üçün faydalı olduğunu qeyd edib.

Sonra təlimçilər kapital bazarının iştirakçıları və alətləri, investisiya, qiymətli kağızlar, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasının  listinqinə dair mövzuları əhatə edən təqdimatla çıxış ediblər.

Təqdimatlardan sonra mövzu ilə bağlı  tələbələrin sualları cavablandırılıb.

Diskussiyalarla zəngin olan seminarda Loğman Xudaquliyev, Eldar Mehdizadə və Əziz Əliyev aktiv iştirak etdikləri üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatla təltif edilib.