Gəncə Dövlət Universiteti “11-ci İnformasiya elmləri və informasiya savadlılığı” adlı Beynəlxalq Konfransda təmsil olunub

Gəncə Dövlət Universiteti “11-ci İnformasiya elmləri və informasiya savadlılığı” adlı Beynəlxalq Konfransda təmsil olunub. Rumıniyanın Lucian Blaga Sibiu Universiteti və Brasov Transilvania Universitetlərinin ev sahibliyi və universitetimizin beynəlxalq kredit mobilliyi proqramında tərəfdaş olduğu Limerik Texnologiya Universitetinin təşkilatçılığı ilə 2021-ci il 11-12 mart tarixləri arasında “11-ci İnformasiya elmləri və informasiya savadlılığı” adında Beynəlxalq online Konfrans təşkil edilmişdir. Konfransda dünyanın İrlandiya, İspaniya, Portuqaliya, Yunanıstan, Rumıniya, Slovakiya, Türkiyə kimi müxtəlif ölkələrindən 400-ə yaxın informasiya və media savadlılığı sahəsində olan çoxlu sayda mütəxəsislər bir araya gəlmişdir. Konfransda Gəncə Dövlət Universitetini İnnovasiyalar departamentinin əməkdaşları təmsil edib.