GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ TƏHSİL PROSESİNİN VƏ ELEKTRON SƏNƏD DÖVRİYYƏSİNİN AVTOMATLAŞDIRILMASINA HAZIRLAŞIR

Gəncə Dövlət Universiteti təhsilin keyfiyyətini artırmaq məqsədilə “EduMan Platforması” əsasında Təhsil İdarəetmə sistemini tətbiq etmək niyyətindədir. Artıq universitet ULTRA şirkəti ilə bu işlərin görülməsi üçün müəyyən işgüzar görüşlər keçirmişdir. Görüşlərin əksəriyyəti pandemiya şəraiti ilə əlaqədar olaraq online formada təşkil edilmişdir. Növbəti görüş isə prosesin daha sürətli və məhsuldar olması üçün Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentində təşkil edilmişdir.

Şirkət nümayəndələri ilk öncə universitetin rektoru prof. Yusif Yusibovla görüşmüş və proseslə bağlı müzakirələr aparmışdır. Daha sonra şirkət nümayəndələri prosesdə iştirak edəcək rəhbər şəxslərlə görüş keçirmişdir. Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, Tədris şöbəsinin müdiri, İnnovasiyalar Deparatmentinin direktoru və baş mühasib iştirak etmişdir. Daha sonra şirkət əməkdaşları İnnovasiyalar deparatmentinin, tədris şöbəsinin, ümumi şöbənin, kadrlar şöbəsinin və mühasibatlığın əməkdaşları ilə ayrıca görüş keçirmişdir.

Universitetdə keçirilən görüşdə bütün gələcək işlər planlaşdırılmışdır. Ardıcıl olaraq işlərin aparılması üçün müvafiq göstərişlər verilmiş və qərarlar qəbul edilmişdir. Yaxın günlərdə şirkətin universitetə təkliflər göndərilməsi planlaşdırılmışdır. Təkilflər aldıqdan sonra univeritet rəhbərliyi müzakirələr apardıqdan sonra iki tərəfli müqavilənin imzalanacağı gözlənilir. Müqavilə hazır olduqdan sonra  hər iki platformanın universitetdə tam tətbiqinə başlanılacaqdır. Bunun üçün isə müvafiq işçi qruplar yaradılcaq, universitet əməkdaşlarına platformalardan istifadə qaydaları haqqında təlimlər keçiləcəkdir.

Proseslə bağlı əlavə məlumatlar mütəmadi olaraq universitetin rəsmi elektron və facebook səhifələrində paylaşılacaqdır.