GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KEÇİRİLƏN ELMİ ŞURADA TƏHSİL MÜƏSSİSƏSİNİN UĞURLARI MÜZAKİRƏ EDİLİB

Gəncə Dövlət Universitetinin (GDU) Elmi Şurasının növbəti  iclası keçirilib.

Universitetin rektoru, Elmi Şuranın sədri, professor Yusif Yusibov iclası açaraq ilk olaraq  Prezident İlham Əliyev tərəfindən Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşına Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Fəxri adların verilməsi, bir qrup əməkdaşın isə “Tərəqqi” medalı ilə təltif edilməsi haqqındakı 31 oktyabr tarixli müvafiq Sərəncamını diqqətə çatdırıb.

Universitetin 80 illik yubileyi ərəfəsində müvafiq Sərəncamlara əsasən 7 nəfərin Əməkdar müəllim, 1 nəfərin Əməkdar mühəndis fəxri adına layiq görülməsi, 15 nəfərin isə “Tərəqqi” medalı ilə təltif edilməsini ali təhsil müəssisəsinin professor – müəllim heyətinin səmərəli fəaliyyətinə verilən yüksək qiymət olduğunu vurğulayan rektor professor – müəllim heyətini təbrik edib.

Professor Yusif Yusibov  Elmi Şuranın gündəliyinə 2018 – 2019-cu tədris ilinin payız imtahan sessiyasına hazırlıq məqsədilə keçirilən aralıq imtahanlarının təşkili, universitetdə əmək intizamının daha da möhkəmləndirilməsi üçün görülən işlərin vəziyyəti, Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər haqqında, eləcə də cari məsələlərin daxil olduğubarədə məlumat verib.

Elmi Şurada Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədovun “2018 – 2019-cu tədris ilinin payız imtahan sessiyasına hazırlıq məqsədilə keçirilən aralıq imtahanlarının təşkili” , Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyevanın “Universitetdə əmək intizamının daha da möhkəmləndirilməsi üçün görülən işlərin vəziyyəti”,  eləcə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədovun “Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər” haqqında hesabatları dinlənilib.

Fəxrəddin Məmmədov 2018 – 2019-cu tədris ilinin payız imtahan sessiyasına hazırlıq məqsədilə keçirilən aralıq imtahanlarının təşkilinin tələbələrin bilik və bacarıqlarını daha da təkmilləşdirməkdə böyük rolu olduğunu vurğulayıb. Fakültə dekanları ilə sıx əməkdaşlıq nəticəsində aparılan aralıq imtahanlarının nəticələrini artırmaq üçün yazılı imtahanların say nisbətinin artırılmasının nəzərdə tutulduğunu qeyd edib.

Gülsüm Fətəliyeva bildirib ki, universitetdə əmək intizamının möhkəmləndirilməsi üçün görülən işlər yüksək nəticələr verir. Bütün əməkdaşlar  məsuliyyətini dərk edərək universitetin inkişafında görülən işlərdə böyük səylə çalışırlar.

İnnovasiyalar Departamentinin müdiri Vasif Həsəsnov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, təhsil müəssisələri, elmi və ictimai təşkilatlar, agentliklər, digər ölkələrin fondları, nazirliklər, ictimai və özəl təşkilatlarla əməkdaşlıq etmək, xarici partnyorlarla imzalanmış ikitərəfli müqavilələri və memorandumları daha da inkişaf etdirmək əsas məqsəddir

Tədbirdə universitet əməkdaşlarına Avropada mövcud olan aktual tədqiqat imkanları haqqında məlumat verilib.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.