Gəncə Dövlət Universitetində səməni festivalı keçirilib

Gəncə Dövlət Universitetində Biologiya-kimya fakültəsinin təşkilatçılığı ilə “Səməni” festivalı keçirilib.

Festivalın şərtlərinə görə ayrı-ayrı ixtisas və kurslarda təhsil alan tələbələr Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları hazırlayaraq nümayiş etdiriblər.

Universitetin professor-müəllim heyəti və tələbələrinin böyük ruh yüksəkliyi ilə iştirak etdiyi festivalda  Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, professorlar Vaqif Novruzov və Sevda Əhmədova, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Rauf Hacıyev tələbələrin yaradıcılıq bacarıqlarını qiymətləndirmək üçün münsif kimi seçiliblər.

Təqdim olunan bayram xonçalarının demək olar ki, hamısında insanların Bahar bayramına qədərki hazırlıqları, təbiətin 4 ünsürünü özündə əks etdirən su, od, külək və torpaq çərşənbələri, ilaxır çərşənbə, xalqımızın məişəti və adət-ənənələri geniş əks etdirilib.

Festivalın şərtlərinə görə ayrı-ayrı ixtisas və kurslarda təhsil alan tələbələr təqdim etdikləri bayram xonçalarının hazırlanmasına görə yarışa qatılıblar.

Sonda münsiflər tərəfindək qaliblər müəyyən edilib. Biologiya müəllimliyi ixtisasının 1-ci kurs tələbələri ilk yerin qalibi seçiliblər. Biologiya ixtisası üzrə 2-ci kurs və Biologiya müəllimliyi ixtisasının 1-ci kurs tələbələri 2-ci yer, Biologiya müəllimliyi üzrə 2-ci kurs və Kimya – Biologiya ixtisası üzrə 1-ci kurs tələbələri isə 3-cü yerin qalibi olublar.