GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YAZ İMTAHAN SESİYASINA HAZIRLIQLA BAĞLI ONLİNE SINAQ İMTAHANLARI KEÇİRİLMİŞDİR

Məlum olduğu kimi dünyanı cənginə almış  pandemiya epidemiyası Azərbaycandan da yan keçməmişdir. Lakin Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində əhalinin bu dəhşətli virusdan qorunması məqsədi ilə  çoxsaylı tədbirlər həyata keçirilir.

Qeyd etmək lazımdır ki, koronovirus(COVİD-19) epidemiyasının başlaması bir çox sahələr kimi təhsildə də  bəzi  problemlər yaratmışdır. Lakin dövlət başçısının müvafiq tapşırıqları, respublika təhsil nazirinin  göstərişlərinə uyğun olaraq bu çətin vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Belə ki, epidemiya başlayandan təhsil müəssisələrində  tədris prosesi online qaydada davam etdirilmişdir. Bu prosesə Gəncə Dövlət Universiteti də fəallıqla qoşularaq online dərslər təşkil etmişdir. Bundan başqa ali təhsil müəssisələrində yaz imtahan sesiyalarının mütəşəkkilliyini təmin etmək məqsədilə ciddi  hazırlıq işləri görülür. Elə iyunun 11-də Gəncə Dövlət Universitetində tələbələrin imtahanlarda daha yaxşı iştirak etmələrinə kömək məqsədi ilə keçirilən online sınaq imtahanları buna misal ola bilər. Onu da qeyd edək ki, universitetdə sınaq imtahanlarına ciddi hazırlıq işləri görülmüşdür. I, II, III və IV  kursların müxtəlif ixtisasları üzrə  təhsil alan tələbələr WhatsApp qruplar vasitəsi ilə online sınaq imtahanlarında fəal iştirak etmişlər. Elə həmin gün sınaq imtahanlarının nəticələri barədə tələbələrə məlumat verilmişdir.

Sınaq imtahanları üçün ayrılmış xüsusi otaqlar lazımı avadanlıqlarla, müəllimlər isə qoruyucu  tibbi maska və dezinfeksiya maddələri ilə təmin edilmişdi.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ