GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞI ÜMBÜLBANU HACIYEVANIN “BİZİM UNİVERSİTET’’ ADLI KİTABI NƏŞR OLUNMUŞDUR

“Bizim Universitet”  sənədli-publisistik kitabı Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, yazıçı-publisist Ümbülbanu Hacıyevanın sayca 7-ci kitabıdır.

Kitabda 80 yaşlı Gəncə Dövlət Universitetinin tarixi, keçdiyi şərəfli yol haqqında ətraflı  məlumat verilmişdir. Universitetin 2014-2018-ci illərdə əldə etdiyi nailiyyətlər – professor-müəllim, tələbə heyətinin uğurları, beynəlxalq əlaqələrin səmərəli inkişafı, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülmüş möhtəşəm işlər, tədrisin və təhsilin keyfiyyətinin yüksəldilməsi nəticəsində əldə olunan nailiyyətlər, eləcə də Respublikanın Qərb bölgəsində ən nüfuzlu Universitet kimi şöhrət qazanması real faktlarla əks olunmuşdur.