Gəncə Dövlət Universitetinin əməkdaşları EQAC layihəsi çərçivəsində Londonda səfərdə olub

9-16 Fevral 2019-cu il tarixlərində Azərbaycanın bir sıra universitetlərinin nümayəndələri Londonda səfərdə olub. Səfərin əsas məqsədi Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa Komissyasının Erasmus+ proqramının EQAC layihəsi çərçivəsində Londonun Middlesex Universitetinində keçirilən təlimlərdə iştirak olub.

Gəncə Dövlət Universitetinin də əməkdaşlarının iştirak etdiyi təlimlər zamanı əsas mövzular Milli Kvalifikasiya Çərçivəsi, təlim nəticələri, bacarıqlar və ali təhsildə keyfiyyət ilə bağlı bir sıra digər mövzular olub.

Qeyd edək ki  layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və bu mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihə çərçivəsində təlimlər keçirilir, yerli və xarici səfərlər təşkil olunur və universitetlərdə keyfiyyətin təminatı ilə bağlı idarəetmə sisteminin qurulması məqsədilə onlayın platforma yaradılacaq.