Gəncə Dövlət Universitetinin əməkdaşları Finlandiyada keçirilən beynəlxalq təlimdə təmsil olunurlar

Gəncə Dövlət Universitetinin əməkdaşları “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Finlandiya Respublikasının Yuvyaskyulya Universitetində keçirilən təlimdə iştirak edirlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Avropa Komissiyasının ”Erasmus+” proqramına əsasən mayın 28-dən iyunun 1-dək keçiriləcək təlimdə  universiteti ali təhsil müəssisəsinin İnnovasiyalar departamentinin derektoru Vasif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev təmsil edirlər.

Tədbirdə həmçinin Xəzər Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Təhsil Nazirliyinin əməkdaşları təmsil olunurlar. Təlimdə yerli tərəfdaşlarla birgə Avropalı tərəfdaşlar – layihənin koordinatoru Valensiya Politexnik Universiteti (İspaniya), Debresen Univeristeti (Macarıstan), Qazi Universiteti (Türkiyə) və Vyana Tətbiqi Elmlər Universitetinin (Avstriya) əməkdaşları da iştirak edirlər.

Təlimin ilk günündə Valensiya Politexnik Universitetinin təmsilçisi Yelena Souzanın rəhbərliyi ilə layihənin gedişatında nəzərdə tutulan fəaliyyət və maliyyə sənədləşməsi ilə bağlı görüş keçirilib.

Bildirilib ki, Avropa təlimlərinin təşkilində məqsəd layihənin iş paketinə uyğun olaraq təlim və təhsildə innovativ metodlarla tədrisin təşkili, doktorantura proqramı, doktorantura üzrə yeniliklərin tətbiqinə dair beynəlxalq təcrübənin öyrənilməsi və layihədə tərəfdaş qismində üzv olan Azərbaycan universitetlərində tətbiqidir.