GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ EHTİRAMLARINI GÖSTƏRMİŞLƏR

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür. Anım günü ilə əlaqədar olaraq Heydər Əliyevin şəhər mərkəzində yerləşən  abidəsi önündə izdiham müşahidə edilib.

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, universitetin professor-müəllim heyəti  və tələbələr Ulu öndər Heydər Əliyevi dərin ehtiramla yad ediblər. Mərasim iştirakçıları Ümummilli liderin Gəncənin baş meydanında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş, xatirəsinə ehtiram göstərmişlər.