Gəncə Dövlət Universitetinin kollektivi Ulu Öndərin xatirəsini ehtiramla anıb

Dekabrın 12-də Gəncə Dövlət Universitetinin kolletivi ümummilli lider Heydər Əliyevin xatirəsini anıb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Gəncə şəhərində Heydər Əliyev adına meydanda təşkil olunan anım tədbirində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə iştirak edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, ali təhsil ocağının professor-müəllim və tələbə kollektivi Heydər Əliyevin Gəncənin baş meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Burada quraşdırılan böyük monitorda dünya şöhrətli siyasətçinin həyatından bəhs edən film nümayiş etdirilib, Ulu Öndərə həsr olunmuş musiqi əsərləri səsləndirilib.