Gəncə Dövlət Universitetinin məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib

Cari ilin 8 iyul tarixində müəllimlərin işə qəbulu üzrə ilk test imtahanı keçirilib. 

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Gəncə Dövlət Universitetinin məzunu Nərmin Ənvərli 58 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə edib.

Qeyd edək ki, Nərmin Ənvərli 2013-2017-ci illərdə Gəncə Dövlət Universitetinin tarix muəllimliyi ixtisasını, 2017-2019-cu illərdə həmin universitetin “Azərbaycanın qədim və orta əsrlər tarixi” ixtisasını fərqlənmə diplomu ilə bitirib.