Gəncə Dövlət Universitetinin müəllimi Beynəlxalq Stolüstü Tennis Turnirinin qalibi olub

Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının müdiri, idman ustası İlham Ağayev  2018-ci il sentyabrın 24-dən 29-dək Türkiyənin Kəmər şəhərində  veteran idmançılar arasında təşkil olunan 24-cü Beynəlxalq Stolüstü Tennis Turnirində iştirak edib.

Turnirdə 34 ölkənin veteran idmançıları mübarizə aparıblar.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, idman usatası İlham Ağayev 50-59 yaş qrupunda bütün rəqiblərini üstələyərək beynəlxalq turnirin qalibi olub.

Qalib Veteran Stolüstü Tennisçilər Dərnəyinin rəhbəri İşıq Ərtufan tərəfindən medalla təltif olunub. İşıq Ərtufan veteran idmançını təbrik edib və ona uğurlar arzulayıb.

Qeyd edək ki, İlham Ağayev bu vaxtadək ölkəmizdən veteran idmançılar arasında təşkil olunan beynəlxalq stolüstü tennis yarışlarına qatılan və qalib olan ilk idmançıdır.