GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ KREDİT ALMIŞLAR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilmiş  və qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınmış “Maarifçi” Tələbə Kredit Fondu  yalnız  tələbələr üçün yaradılmış fonddur. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.Bu fondun təsisçi ali məktəblərindən biri də Gəncə Dövlət Universitetidir.

Təlimata görə kredit almaq üçün tələbə II kursda təhsil alanda müraciət edə bilər. Çünki birinci kursda oxuyan tələbənin akademik göstəriciləri bəlli olmur. 70 baldan aşağı qiymət bal alan tələbə fonddan kredit götürə bilməyəcək. Müraciət edən tələbə 25 yaşdan böyük və illik ailə büdcəsi 10 min manatdan çox olmamalıdır. Tələbəyə kredit 10 il müddətinə veriləcək. Kreditlər illik 8 faizlə hesablanacaq.

Artıq Gəncə Dövlət Universitetin tələbələri də fondun yaratdığı imkanlardan yararlanmağa başlamışlar.  Təsviri incəsənət ixtisasının III kurs tələbəsi Mayılova Aysel Ziyadxan qızı-3000 manat, İngilis dili müəllimliyi ixtisasının III kurs tələbəsi Vəliyeva Gültac Arzu qızı- 1500 manat, Tarix müəllimliyi ixtisasının III kurs tələbələrindən Əzizova Sevinc Saləddin qızı-1100 manat və Məmmədova Yasəmən Qulu qızı 1600 manat həcmində kredit almışlar.