“GƏZƏN KİTABXANA” İLƏ TANIŞLIQ

Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının layihəsi çərçivəsində təşkil olunmuş  “Gəzən kitabxana”  Gəncə şəhərinə öz müjdəsi ilə gəlmişdir. Xüsusi maşında səliqə ilə rəflərdə yerləşdirilmiş kitabxana səyyari olaraq gənc oxuculara xidmət göstərir.

Gəncə Dövlət Universitetinin  Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Filologiya fakültəsinin bir qrup tələbəsi    “Gəzən kitabxana” və orada yaradılan şəraitlə tanış olmuş, mini  kitabxanadakı kitablar haqqında məlumat əldə etmiş, hətta maraqlı bildikləri kitabları bir neçə günlüyə oxumaq üçün götürmüşlər.

Tələbə Gənclər Təşkilatı növbəti günlərdə digər fakültə tələbələrinin də “Gəzən kitabxana” ilə tanışlığını davam etdirəcəkdir.