GDU 060407- Menecment (Sahələr üzrə) magistr proqramı üzrə tələbə qəbulu

Gəncə Dövlət Universiteti 060407- Menecment (Sahələr üzrə) magistr proqramı üzrə tələbə qəbulu elan edir!!! İqtisadiyyat və idarəetmə fakültəsindən məzun olmuş tələbələr magistratura təhsili almağı düşünürsə Avropa Birliyinin Erasmus+ proqramının MEDIATS layihəsi çərçivəsində hazırlanmış bu proqramdan faydalana bilər. Tədris planı layihənin kordinatoru olan Niderland Biznes Akademiyasının və digər avropalı tərəfdaş universitetlərin məsləhətləri əsasında hazırlanmışdır. Qeyd edək ki, ixtisaslaşma “biznes münasibətlərində mediasiya” üzrə aparılacaqdır. İxtisasla bağlı fənnlərin praktik dərslərinin keçirilməsi məqsədilə layihə tərəfindən müasir tələblərə cavab verən laboratoriya qurulacaqdır. Eyni zamanda bu proqram əsasında təhsil alan tələbələr layihə hesabına Hollandiya və İspaniyada təcrübə keçmək, beynəlxalq və yerli konfranslarda iştirak etmək, beynəlxalq ekspertlərin təcrübəsinə yiyələnmək, Avropa ölkələri tərəfindən tanınan sertifikat əldə etmək və s. kimi imkanlar qazanacaqlar. Proqramda təhsil almaq istəyən tələbələrin ingilis dili bacarıqlarının olması üstünlük təşkil edir. Qeyd: Bu video məlumat Avropa Birliyinin Erasmus+ proqramının MEDIATS layihəsi çərçivəsində hazırlanmışdır. Əlaqə: Proqramla bağlı əlavə məlumat üçün Gəncə Dövlət Universitetinin İnnovasiyalar departamenti ilə əlaqə saxlamaq olar. E-mail: international.projects@gdu.edu.az