GDU-da KONFRANS KEÇİRİLDİ


05 may 2015-ci il tarixdə Gənə Dövlət Universitetində Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunmuş, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Müasir biologiya və kimyanın aktual problemləri” mövzusunda elm-praktik konfrans keçirildi.
Konfransın Azərbaycanın ən gözəl guşəsinə çevrilmiş Heydər Əliyev adına parkdakı Heydər Əliyev Mərkəzinin konfrans zalında açılışı oldu.
Universitetin rektoru professor Yusif Yusibov konfransı açaraq ilk öncə gələn qonaqları salamladı, onlara dəvəti qəbul etdikləri üçün kollektiv adından təşəkkür bildirdi. Sonra qeyd etdi ki, Gəncə Dövlət Universitetində Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu günki konfrans isə əslində yaddaşlara həkk olunacaq ikinci tədbirimizdir. Biz bu gün konfransa gələn qonaqların da iştirakı ilə Ulu Öndərin ona sədaqəmizi simvollaşdıran büstünün açılışını etdik. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə bir şəxsiyyət məhz müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev olmuşdur.
Bildiyiniuz kimi dahi rəhbər Azərbaycanın müstəqilliyinin qorunması, əbədiliyi üçün onun hərtərəfli inkişafına bütün var qüvvəsi ilə çalışmışdır. Biz təhsil işçiləri həmişə fəxr edə bilərik ki, Heydər Əliyev bir an da olsun təhsilimizi unutmamış, onun inkişafına, təhsil bazalarının maddi-texniki cəhətdən, müasir tələblərə cavab verəcək səviyyədə qurulmasına xüsusi önəm vermişdir. Onun ideyalarını davam etdirən Prezidentimiz İlham Əliyevin qayğısı nəticəsində bizim Universitetimiz də öz uğurlarını qazanmaqdadır.
Bu günki konfransımız Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilmişdir. Biz çalışırıq ki, beynəlxalq konfransları ənənəvi şəkildə davam etdirək. Çünki hər bir konfrans Azərbaycan təhsilinin, Azərbaycan elminin nailiyyətlərindən xəbər verir. Bu isə Ulu Öndərin vaxtı ilə təhsilimizə, elmimizə göstərdiyi qayğıya, onun bu sahədəki siyasətinə sədaqətimizdir.
Professor Yusif Yusibov konfransı açaraq ilk sözü Gəncə Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini professor Sevda Qurbanəliyevaya verdi. Sevda xanım Universitetin böyük həvəs və əziyyətlə də olsa təşkil etdiyi beynəlxalq konfransı alqışlayaraq universitet kollektivinin şəhərin ictimai, mədəni və abadlıq işlərində ciddi rol oynadığını bildirdi. Bu konfrans da mühüm tədbirlərdən biridir və uğurlar diləyirəm.
Beynəlxalq konfransın plenar iclası akademik Məmməd Salmanovun “Azərbaycanda torpaq örtüyü və çay ekosistemlərinin üzvi çirkləndiricilərdən öz-özünə təmizlənməsi qabiliyyəti-problemi və həlli yolları”, akademik Vaqif Abbasovun “Naftalan nefti və onun 160-340 dərəcəlik distillatlarının qaz xromatoqrafiyası-kütlə spektroksopiyası üsulu ilə tərkibinin analizi”, AMEA-nın müxbir üzvi Məhəmməd Babanlının “Yeni sinif qeyri-üzvi funksional materialların-topoloji izolyatorların alınmasının fiziki-kimyəvi aspektləri”, Əməkdar elm xadimi, professor Vaqif Novruzovun “Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi” adlı məruzələri ilə davam etdirildi.
Məruzəçilər iştirakçıların suallarına dolğun cavab verməklə onların maraqlarını bir qədər də artırmış oldular. Eyni zamanda fikir mübadiləsi, əlaqəli elmi iş birliyi yaradılması haqqında da təkliflər olundu.
Bundan sonra məruzələrin diunlənilməsi Univarsitetin əsas binasında bölmələr üzrə davam etdirildi.