GDU-da “Mavi planet və Yer kürəsi“ adlı seminar təşkil olunub.

Seminar “Təbiət Elmləri“ İctimai Birliyi və Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Seminarda Yer kürəsinin yaranması və inkişafı tarixindən söhbət aparılıb. Yer kürəsindəki ekosistem haqqında tələbələr geniş məlumat verilib.

“Mavi planet və Yer kürəsi“ adlı seminarı “Təbiət Elmləri“ İctimai Birliyinin sədr müavini Ramil Rüstəmov aparıb. Seminardan sonra bəzi bitki və heyvan qalıqlarından ibarət fosillər sərgilənib və hər biri haqqında geniş məlumat verilib.

Seminar tələbələrin böyük marağına səbəb olub.