GDU-nun rektoru Yusif Yusibov karantin dövründə tələbələrə ediləcək çoxsaylı güzəştlərdən danışıb

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilmiş karantin rejimi dövründə semester imtahanları, buraxılış imtahanları, pedaqoji təcrübə və s. mövzularla bağlı tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirib və tələbələrə ediləcək çoxsaylı güzəştlər haqqında məlumat verib.