Biologiya-kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatı ilə birgə hazırladığı tədbir nümayiş etdirildi


”Xocalı soyqırımı”nın 23-cü ildönümü münasibətilə tədbirlər planına əsasən Universitetin bütün fakültələrində və şöbələrində Xocalı faciəsi ilə bağlı stendlər, guşələr yaradılmış, vətənpərvərlik mövzusunda bədii qiraətlər, inşa yazı müsabiqəsi, xüsusi dərs və məşğələlər keçirilmiş, ədəbi-bədii kompozisiyalar təşkil olunmuşdur. Biologiya-kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatı ilə birgə hazırladığı silsilə tədbirlərdən biri 23 fevral 2015-ci il tarixdə II tədris binasındakı iclas zalında nümayiş etdirildi.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə öz çıxışına ilk öncə Xocalı qurbanlarının əziz ruhunu bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Bu soyqırımın əslində insanlığa, bəşəriyyətə zidd vəhşilik olduğunu xüsusilə vurğuladı. Xalqımız, xüsusən gənclik heç vaxt bu vəhşiliyi unutmayacaq, yaddaşlara hopduraraq nəsildən-nəsilə ötürəcəklər.
Böyük məharətlə vəzifəsini icra edən aparıcı pedaqoji fakultənin musiqi müəllimliyi ixtisasının III kurs tələbəsi Əfsanə Molayevanın yazdığı petik nümunə, filolologiya fakültəsinin tələbəsi Rufanə İbadlının “ Bağışla bizi Vətən” şeiri, tələbələrin ifa etdikləri muğam, gitarada “Ana, mən şəhid oldum” mahnısı, Bioloiya-kimya fakültəsinin tələbəsi Ləman Məmmədovanın təqdimində Xocalı faciəsini qəhrəmancasına lentə almış Çingiz Mustafayevin bədii-publisistik portreti iştirakçılarda böyük təəssürat yaratdı. Tələbə Tanrıverdi Həsənzadə yazıçı adlanan mənfur Zori Balayanın sərsəm sözlərini səsləndirdi. Həmin sözlər Xocalı soyqırımının iştirakçılarından olan bir yazıçının özünün etdiyi vəhşiliyi və onu sözlə dilə gətirib təsvir etməsi dinləyicilərdə hədsiz nifrət yaratdı.
Tədbirin sonunda tələbələrdən Səriyyə Əliyevanın və Tanrıverdi Həsənzadənin ssenarisi əsasında biologiya-kimya fakültəsinin tələbələrindən Səriyyə Əliyeva və Təhminə Səmədovanın, filologiya fakültəsinin tələbələrindən Orxan Əliyev və Gülsənəm Zamanovanın, Fizika və texniki fənnlər fakültəsinin tələbəsi Anar Məmmədovun, Pedaqoji fakültənin tələbəsi Ceyhun Tağıyevin, Xarici dillər fakültəsinin tələbəsi Aytac Səlimovanın və Namaz Hüseynovun hazırladıqları Xocalı səhnəciyi nümayiş etdirildi.