Həmkarlar ittifaqlarının QİÇS-lə bağlı birgə tədbiri


28 noyabr 2014-cü il tarixində GDU-nun Həmkarlar İttifaqı Komitəsinin və Tələb Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə  1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü və narkamaniya  ilə bağlı tədbir keçidirildi.
Tədbiri giriş sözü ilə  Həmkarlar İttifaqı Komitəsinin sədr Afaq Qasımova açaraq  öz çıxışında QİÇS-in yayılması və bu xəstəlikdən qorunma yolları haqqında məlumat verildi. Tələbə həmkarlar təşkilatının sədrı Pərviz Adıgözəlov isə narkamaniya haqqında tələbələr arasında təbliğatla bağlı görulən işlərdən bəhs etdi.
Tədbirə dəvət olunmuş  DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi şöbəsinin əməkdaşı, polis mayoru Tariyel Şahverdiyev QİÇS-in yayılma yollarından biri olan narkamaniya haqqında ətraflı bəhs edərək gənclərə bu bəladan uzaq olmağı tövsiyə etdi.


Tədbirdə həmçinin elm və texnika üzrə prorektor Pərvin Kərimzadə, tərbiyə işləri üzrə prorektor Asif Cavadov, rus dili kafedrasının dosenti, Kubra Ələkbərova, fizika kafedrasının baş müəllimi Sudabə Məmmədova mövzu ətrafinda öz fikirlərini bildirdilər.
Tədbirin sonunda QİÇS haqqında videoçarxlar nümayiş etdirildi, tələbələrə bu xəstəliklə bağlı məlumat kitabçaları paylanıldı.