“HAMIMIZ MAGİSTR OLAQ” LAYİHƏSİ ÖZÜNÜ DOĞRULDUR


Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Hamımız magistr olaq” adlı layihə IV kursda təhsil alan tələbələr arasında böyük marağa səbəb olub. Məntiq və informatika fənnindən ödənişsiz əsasla həyata keçirilən hazırlığa müraciət edən gənclərin sayı artıq 10 nəfərdən 50 nəfərə çatmışdır. Universitetin magistratura şöbəsinin I kurs tələbələrindən Rafiq Abbasovun və Natella Əliyevanın keçdiyi dərslər dinləyiciləri qane etmişdir.
Yaxın günlərdə pedaqoji təcrübədə olan IV kurs tələbələri üçün də əlavə qrupun açılması nəzərdə tutulmuşdur.