HAZIRLIQ KURSU FƏALİYYƏTƏ BAŞLAMIŞDIR

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının magistraturaya qəbul olmaq istəyən gənclərə yardım etmək məqsədilə “Hamımız magistr olaq” layihəsi çərçivəsində magistraturada təhsil alan Rafiq Abbasov və Natella Əliyevanın rəhbərliyi ilə universitetin IV kursunda təhsil alan tələbələr üçün ödənişsiz magistr hazırlığına başlanılmışdır. Həftənin 6 günü keçiriləcək hazırlıqda tələbələr məntiq və informatika fənnindən yeni biliklər əldə edəcək və hər ay keçirilməsi nəzərdə tutulan  sınaqlarda öz biliklərini yoxlayacaqlar.