İDARƏETMƏ  KAFEDRASININ DOSENTİ ƏLİ ALLAHVERDİYEVİN  İCTİMAİYYƏT ÜÇÜN  AÇIQ DƏRSİ

02 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının akt zalında İqtisadiyyat və idarəetmə fakültəsinin İdarəetmə kafedrasının dosenti Əli Allahverdiyevin “Qərar qəbul etmə” mövzusunda ictimaiyyət üçün  açıq dərsi olmuşdur.

Açıq dərsdə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent  Fəxrəddin Məmmədov, fakültənin dekanı dosent Şahin Xurşudov,  kafedaranın müdiri dosent Zakir Abbasov, kafedranın professor- müəllim heyəti, ictimaiyyət nümayəndələri, universitetlərdən və orta məktəblərdən ixtisasçılar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.

Dosent Əli Allahverdiyev  “Qərar qəbul edilməsi prosesinin təbiəti” , “Qərar qəbul etməyə yanaşmalar” , “Problemin səmərəli həlli” , “İdarəetmə qərarlarının qəbul edilməsinə təsir göstərən amillər”planı əsasında açıq dərs iştirakçılarına ətraflı məlumat verdi. Dərsin canlı, daha uğurlu alınması üçün dosent tələbələrlə sual-cavabdan və əyani vəsaitlərdən yerli-yerində istifadə etdi.

Sonda isə dinləyiciləri maraqlandıran suallar cavablandırıldı.Müzakirə zamanı açıq dərsin geniş təhlili aparıldı.